ware script warez forum sanal santral orkide hacklink al Musa Yıldırım Shell indir hacklink
Şriftin ölçüsü / 90 dəfə oxunub

Abituriyent Məsləhət Mərkəzləri yaradıldı

14 Mart 2019 [15:43]
Dövlət İmtahan Mərkəzinin (DİM) regional bölmələrində, həmçinin Azərbaycan Universiteti, Bakı Biznes Universiteti və Qərbi Kaspi Universitetində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə kömək məqsədi ilə ödənişsiz əsaslarla fəaliyyət göstərən "Abituriyent Məsləhət Mərkəzləri” yaradılıb.

DİM-dən Mia.az-a verilən məlumata görə, sabahdan fəaliyyətə başlayacaq "Abituriyent Məsləhət Mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssiələrinə ərizə qəbulu, "Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında ödənişsiz köməklik göstərəcəklər. Abituriyentlər onları maraqlandıran suallarla bağlı "Abituriyent Məsləhət Mərkəzi”nə müraciət edə bilərlər.

"Abituriyent Məsləhət Mərkəzləri” həftənin beş günü (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərirlər.


SON XƏBƏRLƏR
17:31 19.03.2019
Nazarbayev istefa verdi