Şikayətçi "O, topuğumu səhv əməliyyat etdi, ayağım 5 sm qısalıb" dedi, həkim sənədləri yaydı

img

14-03-2019 [16:59]


Ucar şəhəri S.Vurğun küçəsi ev 21 sakini Əhmədov Hüseyn Canpolad oğlu tərəfindən Mia.az-a şikayət məktubu daxil olub.

Şikayətçi yazır ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Travmatologiya şöbəsinin rəhbəri Qələndər Canbaxışov pulunu alsa da, onu səhv cərrahiyyə əməliyyatı  edib. 

İndi ömürlük şikəst təhlükəsi ilə üzləşib:

"Ayağımda topuğun qamış sümüyünün sınmasına görə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Travmatologiya şöbəsinin rəhbəri Qələndər Canbaxışova müraciət etdim. Qələndər həkim məndən 800 manat pul alıb cərrahiyyə əməliyatı etdi. Əməliyyatdan bir neçə gün sonra yeriyən zaman məlum oldu ki, sağ ayağım 5 sm yerə çatmır. Bunun isə Qələndər Canbaxışovun səhv cərrahiyyə əməliyyatı nəticəsində baş verməsi müəyyən olundu.

Qələndər həkim mənə məsləhət gördü ki, sən intensiv masaj terapeyası keçməlisən. Ki, ayağındakı şikəstlik düzəlsin. Bundan sonra mən inanıb, həmin xəstəxanada günü 20 manata 1 ay masaj olundum, ancaq heç bir faydası olmadı".

Şikayətçi yazır ki, bu xəstəxanada Qələndər həkimin rəhbərliyi ilə onu soyublar: "Cərrahiyyə əməliyyatına 800 manat, ayağımdan şurub çıxarılması üçün 200 manat, sarğı açıb bağlamaq üçün hər gün 20 manat və sairə xərclərlə məni borca salsalar da, sağalmamağım mənə iki qat ziyan vurdu. Həmin pulu borc alıb Qələndər həkimə vermişəm.

Atam və anam xəstəliyə görə 1-ci qrup əlildirlər, himayəmdə 4 azyaşlı uşaqlarım var. İndi ayağımda həkim səhlənkarlığına, səriştəsizliyinə görə yaranmış şikəstlik məni çox narahat edir".

Şikayətçi yazır ki, ayağındakı şikəstliyin düzəlməsi üçün Türkiyədə əməliyyat olunmalıdır: "Buna mənim maddi imkanım yoxdur. Mən çəkdiyim xərci həkim Qələndər Canbaxışovdan qaytarmasını istəsəm də, mənə rədd cavabı verib dedi ki, xoşun gəlmirsə, get şikayət et. 

Mən mətbuat vasitəsi ilə prezident İlham Əliyevə müraciət edib xahiş edirəm, məni şikəst etdiyi üçün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Travmatologiya şöbəsinin rəhbəri Qələndər Canbaxışovun barəsində ciddi tədbirlər görəsiniz, məndən aldığı pulun özümə qaytarılmasına köməklik göstərəsiniz".

Məsələ ilə bağlı Qələndər Canbaxışovla əlaqə saxladıq. 

O, Mia.az-a açqılamasında şikayətçinin iddialarını cəfəngiyyat olduğunu bildirib. Deyib ki, xəstə ötən ilin sentyabr ayında ona müraciət edib: "Həmin vaxtı dediyinə görə 10 gün əvvəl həyətdə yıxılaraq iç topuğunu qırıb. Bundna sonra rayon xəstəxanasına müraciət edib. Orada bunun ayağına gibs qoyulsa da, 3 gün sonra onu açıb atıb. Bununla da ayağındakı vəziyyət daha da ağırlaşıb. Mən onu sentyabrın 27-də əməliyyat etdim. Əməliyyat çox uğurlu oldu. 28-də isə onu evə buraxanda, bütün tövsiyyələri verdim. Dedim ki,  bir həftə, 10 gün sonra ayağını, pəncəni hərəkət etdir. Lakin o, nə buna, nə də digər tövsiyyələrə məsuliyyətsiz yanaşaarq, əməl etməyib. Bir də fevral ayında gəlib ki, ayağımdakı mili çıxarın.  Həmin vaxtı aydın oldu ki, pəncəsini zamanında hərəkət etdirmədiyi üçün ayaq pəncədən sallanır. O qısalma iddiası tamam cəfəngiyyatdır. Sadəcə pəncə sallandığı üçün ayağını yerə basanda, elə hiss edir".

Həkim xəstənin rentgen və digər sənədlərini də sayta yollayaraq, bildirib ki, istənilən ekspert bunlara baxıb, vəziyyəti analiz edə bilər: "Təkrar edirəm, mən onu uğurlu əməliyyat etmişəm. Bunu da istənilən yerdə sübut edə bilərəm. Göndərdiyim sənədlərdə də bunu aydın görmək olar. O adam sadəcə müxtəlif bəhanə ilə məndən pul almaq istəyir. Mən onun pulla bağlı iddialarını da rədd edirəm".

 




Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub