14-03-2019 [15:08]
"Bulaq suyuna hər hansı formada qadağa qoyulmasını deməmişəm. Qanunun müzakirəsi zamanı deputatlar öz fikirlərini ortaya qoymalıdır. Mən də çıxışım zamanı şirin suların qorunması barədə danışmışam”.
Bunu YAP-çı deputat Aydın Hüseynov Milli Məclisin Aqrar siyasət komitəsinin dünənki iclasında "əhalinin bulaq suyundan pərakəndə şəkildə istifadəsinə yol vermək olmaz” fikirlərini şərh edərkən deyib.
Deputat bildirib ki, heç vaxt bulağa qadağa qoymaq düşüncəsində olmayıb:
"Suya qadağanı qoyan yezid olub. Min illərdir ki, onu söyürlər. Mən o düşüncənin sahibi ola bilmərəm. Kənd mühitində böyüyən biri kimi bulaqlardan necə istifadə edilməsini çox yaxşı bilirəm. "Bulağa qadağa qoyaq” sözü heç vaxt beynimdə ola bilməz. Biz hüquqi normativ aktlar qəbul edirik. Normativ akt hüquqi sənəddir. Qanun müzakirəsi zamanı fikirlərimizi ortaya qoyuruq. Meşələrimizi su hövzələrimizi qoruyuruqsa, bulaqlarımızı da qoruyaq. Su bulaqdan yaranır və ən birinci mənbəyi bulaqdan başlayır. Bulaqlarımızdan istifadə qaydaları, dərələr vasitəsilə tənzimlənməsi çox önəmlidir”.
Aydın Hüseynov bulaq suyundan istifadə qaydalarını da açıqlayıb: "Şirin sular bulaqdan yaranır. Bulaqlardan düzgün istifadə edilməsi barədə fikirlərimi bildirmişəm. Bulaq suyundan istifadə edərkən onun dərə ilə axmasına şərait yaratmalıyıq. Bulaq suyu bir daşın, ağacın altından çıxıb dərələr vasitəsilə axır və çaylara qovuşur. Bulaq öz mənbəyindən başqa səmtə götürüləndə dərələr quruyur. Su dərələr vasitəsilə axmalıdır ki, çaylara qovuşa bilsin. Dərələr çayların mənbəyidir. Çaylar dərələrdən yaranır”.
Deputat Aydın Hüseynov Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında dünənki çıxışı sosial şəbəkələrdə qınağa tuş gəlib.
"Bəzi rayonlarda bulaqların suyu həyətlərə çəkilir. Bunun qarşısının alınması üçün mexanizm hazırlanmalıdır. Qanunlara dəyişikliklər zamanı bu da nəzərə alınmalıdır. Bulaq suyundan istifadənin normaları müəyyənləşməlidir”, -deyə o, bildirmişdi.
Modern.az
Qəzzada daha 24 fələstinli həlak olub
Müğənni Təranə Qumral: "Musa məni atıb gedə bilməz..."
Klublar Birliyi istefanı qəbul etmədi - "Ali Koçla yola davam!"
Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə müzakirə aparıb - XİN-dən açıqlama
Azercell gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir
Polşanın baş naziri: "Dünya yeni müharibə dövrünə qədəm qoyub..." - "Önümüzdəki iki il ərzində hər şey müəyyən olunacaq"
Nazir sabiq rəisə yeni vəzifə verdi
Sabiq direktorun cinayət işi məhkəməyə göndərilib
Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR
Məhkəmə Ələsgər Məmmədliyə "yox!" dedi
"Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin..." - Prezidentin köməkçisi
Güclü külək əsəcək - Xəbərdarlıq
Hamlet faciəsi illər sonra səhnədə -FOTO
Mübariz və Mais Mənsimovlar məhkəməyə verildi
Bakıda və Abşeronda havada toz müşahidə olunur
125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var