14-03-2019 [13:45]
"Gürcüstan prezidenti Salome Zurabişvilinin Azərbaycandan sonra Ermənistana rəsmi səfər edəcəyi gözlənilən idi. Səfərin birinci Azərbaycana edilməsi o demək idi ki, Gürcüstanın bölgədəki əsas tərəfdaşı məhz Azərbaycandır”.
Mia.az xəbər verir ki, bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Salome Zurabişvilinin prezident seçkisindən əvvəl ermənilərin yaşadığı bölgədə verdiyi açıqlamalar Azərbaycanda narahatlıq yaratmışdı:
"Ancaq Zurabişvili Bakıdakı açıqlamalarında Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlığa sadiq qalacağını bildirdi. Salome Zurabişvili martın 13-də Ermənistana səfərinə "erməni soyqırımı” abidəsinin ziyarəti ilə başladı. O "soyqırım” muzeyində də oldu. Bu o demək idi ki, Zurabişvili 100 il əvvəl ermənilərin "soyqrımla” üzləşməsinə inanır. Aydındır ki, bu Azərbaycanda və Türkiyədə xoş qarşılana bilməz. Ermənistana səfər edən rəsmilər heç də həmişə protokola görə "soyqırım” abidəsini ziyarət etmirlər. Bu o deməkdir ki, həmin rəsmilər "soyqırımla” bağlı erməni versiyasını qəbul etmirlər, Türkiyə və Azərbaycanla münasibətlərdə suallar yaratmaq istəmirlər. Salome Zurabişvili "soyqırım” abidəsini ziyarət edirsə, demək bununla əlaqədar olaraq Türkiyə və Azərbaycandakı narazılıq onu narahat etmir".
Politoloq bildirib ki, Salome Zurabişvili İrəvanda əvvəlcə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Başabaş görüşdən sonra heyətlərarası görüş olub: "Paşinyan onu xatırlatdı ki, o, baş nazir vəzifəsində ilk səfərini Gürcüstana edib. Başqa cür ola da bilməz. Ermənistan Gürcüstandan asılıdır. Rusiya ilə Ermənistan arasında idxal-ixrac əməliyyatları və qaz nəqli tamamən Gürcüstan üzərindən həyata keçirilir. Gürcüstan Ermənistan üçün vacib nəfəslikdir. Gürcüstanla Rusiya arasında diplomatik münasibətlərin bərpa olunmamasına baxmayaraq, Tbilisi Gürcüstan üzərindən Rusiya-Ermənistan əməkdaşlığına mane olmur. Paşinyan Zurabişvili ilə görüşdə belə bir ifadə işlətdi: "Ermənistanla Gürcüstan arasındakı münasibətlər ortaq strateji maraqlar üzərində qurulmalıdır”.
Bu, bir istəkdir. Məsələ burasındadır ki, prinsipial məsələlərdə iki ölkənin üst-üstə düşən strateji maraqları yoxdur. Rusiya Ermənistanın stareji müttəfiqi olduğu halda Gürcüstanla münasibətləri dondurulmuş haldadır. Rusiya Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrini işğal altında saxlayır. Gürcüstan üçün əsas ərazi bütövlüyü prinsipidirsə, Ermənistan üçün "xalqların öz müqədərratını təyinetmə hüququ” başlıcadır. Gürcüstan NATO üzvlüyünə çalışır, Ermənistan isə əks hərbi blokda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında yer alıb. Ona görə də Paşinyanın Gürcüstanla "strateji maraqlar” haqqındakı ideyası reallığa söykənmir”.
Politoloqun sözlərinə görə, Zurabişvili Azərbaycanda bir söz, Ermənistanda fərqli söz deyib:
"Salome Zurabişvili İrəvandakı çıxışında dedi ki, Gürcüstanda yaşayan ermənilərlə azərbaycanlıların sülh şəratində yaşamalarını istəyir. Zurabişvili bu sözləri ilə ona işarə edir ki, son günlərdə Gürcüstanda ermənilərlə azərbaycanlılar arasında münasibətlərdə gərginlik var. Bunun da səbəbkarı Xocalı soyqırımında iştirak edən terrorçuya abidənin qoyulması, Tbilisinin buna seyrçi qalması, azərbaycanlıların isə haqlı etiraz etmələridir. Zurabişvili ona da aydın başa düşür ki, Azərbaycanla Ermənistan arasında müharibə başlasa, Gürcüstan bu prosesdən kənarda qala bilməyəcək, bu ölkədə yaşayan iki millət arasında da qarşıdurmalar olacaq.
Ermənistan prezidenti Armen Sərkisyan Salome Zurabilvili ilə görüşdə bölgədəki münaqişələrin fərqli olduğuna işarə edərək belə bir cümlə işlətdi: "Münaqişələr danışıqlar yolu ilə həll olunmalı, Qarabağ münaqişəsində isə xalqların özmüqədərratının təyinetmə hüququ ön planda olmalıdır”.
Sərkisyan "münaqişələr fərqlidir” açıqlamasıyla sanki Abxaziya, Cənubi Osetiya münaqişəsini Dağlıq Qarabağ münaqişəsindən ayırmaq istəyir. Yəni bir növü İrəvan Gürcüstan nümunəsində Abxaziya və Cənubi Osetiyanı sözdə Gürcüstanın tərkib hissəsi kimi tanıyarkən, Dağlıq Qarabağ nümunəsində də fərqli yanaşma ortaya qoyur".
Politoloq təəssüflənir ki, Salome Zurabişvili İrəvandakı açıqlamalarında bölgədəki bütün münaqişələrin ərazi bütövlüyü prinsipi əsasında həlli vacibliyini vurğulamayıb, Azərbaycanda bir söz, Ermənistanda fərqli söz deyib:
"Salome Zurabişvilinin Ermənistan prezidentini Batumi konfransına dəvət etməsi də sual doğurdu.
Birincisi, Batumi konfransında əsas mövzu nəqliyyat xətləri olacaq. Bölgədəki nəqliyyat xətlərinin mütləq əksəriyyəti Azərbaycandan, Gürcüstandan və Türkiyədən keçir. Azərbaycan haqlı olaraq Ermənistanı bütün bu layihələrdən təcrid edib. Bu baxımdan Ermənistan prezidenti Batumidə nəyi müzakirə edəcək ki?
İkincisi, Salome Zurabilvişi Batumi konfransına Azərbaycan prezidenti İlham Əliyevi də dəvət edib. İlham Əliyev gürcü həmkarına təklif edib ki, iki ölkənin birgə nümayəndələri Çində də təqdimat keçirsinlər.
Bu, onu göstərir ki, İlham Əliyev Çinin də Azərbaycan və Gürcüstanın iştirak etdiyi nəqliyyat dəhlizinə qoşulmasını istəyir. Ancaq əgər Batumi konfransına Ermənistan prezidenti gələcəksə Azərbaycan prezidentinin iştirakı sual altına olacaq. Çünki Azərbaycan Ermənistanla eyni regional layihələrdə iştirak etmir.
Odur ki, Salome Zurabişvili seçim etməlidir”.
Azərbaycan nefti kəskin ucuzlaşıb
Brazilyada dünyanı heyrətə salan hadisə: ölən əmisini banka gətirib adına kredit götürməyə çalışan qadın tutulub - FOTO
Sumqayıtda dəhşətli hadisə: oğul ata və anasını öldürüb
İSRAİL İRANI YENİDƏN VURUB: niyə İsfahan hədəf alınıb? - Açıqlamalar
Almaniyada şok olay: Rusiyaya casusluq ittihamı ilə iki nəfər həbs olunub - Kanslerdən açıqlama
"Beşiktaş" holland məşqçi ilə anlaşdı - İddia
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub