PA rəsmisindən həmsədrlərin son bəyanatına şərh: "...cəhdlər qəbuledilməzdir"

img

14-03-2019 [13:16]


"ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatında əks olunan fikirlərin bir qismi Azərbaycanın da mövqeyini əks etdirir".

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib: "Azərbaycan hesab edir ki, bu bəyanat məhz Ermənistana ünvanlanmış bəyanatdır. Həmin bəyanatda bir daha aydın ifadə olunur ki, danışıqlar prosesi ilə bağlı hər hansı şərtin irəli sürülməsi və yaxud danışıqların formatının dəyişdirilməsi kimi məqamlar və cəhdlər qəbuledilməzdir, danışıqlar olduğu formatda davam etdirilməlidir”.

Trend

Digər xəbərlər
SON XƏBƏRLƏR