www.blacklist.gov.az (“Qara siyahı”) saytının əsas funksiyaları məlum oldu

img

13-03-2019 [18:09]


Xüsusi Dövlət Mühafizə Xidmətinin sabah istifadəyə verəcəyi www.blacklist.gov.az ("Qara siyahı”) saytının əsas funksiyaları məlum olub. 

Bu barədə "Report”a qurumun təmsilçisi Tural Məmmədov məlumat verib. 

Onun sözlərinə görə, saytda internet istifadəçilərinə problem yaradan, haker hücumları məqsədi ilə istifadə edilən internet səhifələrinin adları açıqlanacaq: "Hər bir istifadəçi abunə olaraq həmin siyahıdan istifadə edə bilər. Məqsəd odur ki, istifadəçilər o saytlara daxil olmasın. Əgər girsələr yoluxa bilərlər. Və yaxud şübhəli hesab edilən domenlərlə bağlı bizə müraciət edə bilərlər ki, analiz edək və şübhəliliyi təsdiqləndiyi təqdirdə siyahıya əlavə edək. 

Biz həmin domenləri bloklamırıq, sadəcə göstəririk ki, hansı kateqoriyaya görə bu siyahıya salınıb”.

Digər xəbərlər
SON XƏBƏRLƏR