Adil İsmayılov Vəkillər Kollegiyasına çağırıldı: "Guya mən onların şərəf və ləyaqətinə toxunmuşam"

img

13-03-2019 [17:31]


Bu gün vəkil Adil İsmayılov Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinə çağırılıb.

Bu barədə "Report"a A.İsmayılov məlumat verib.

A.İsmayılovun sözlərinə görə, VK-dan ona bildirilib ki, bir neçə vəkil ondan Kollegiyaya şikayət edib: "Guya mən onların şərəf və ləyaqətinə toxunmuşam. Məni həmin ərizələrlə tanış etdilər. Dedilər ki, martın 15-də Rəyasət Heyətinin keçiriləcək iclasında qərar veriləcək".

Qeyd edək ki, son günlər A.İsmayılovla bir neçə vəkil, o cümlədən VK-nın sədri Anar Bağırov sosial şəbəkələrdə bir-birini tənqid edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR