Azərbaycana getməyin - Rusiyadan vətəndaşlarına xəbərdarlıq

img

13-03-2019 [11:12]


Rusiya XİN-in mətbuat xidməti Azərbaycana səfər etməyi planlaşdıran erməni əsilli vətəndaşlarına xəbərdarlıq edib.

Mia.az-a xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi rəsmi Moskvanın çoxsaylı müraciətlərinə baxmayaraq, erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmadığını bəyan edib.

XİN-in rəsmi saytındakı "Rusiya vətəndaşları üçün xəbərdarlıq” bölməsində xəbərdarlıq yerləşdirilib.

Qeyd edək ki, bu, Rusiya XİN mətbuat xidmətinin eyni məzmunlu ilk anti-Azərbaycan bəyanatı deyil. Nazirliyin sözçüsü Mariya Zaxarova daha əvvəl də erməni mənşəli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmamasından şikayətlənmiş, bunu Rusiya vətəndaşlarının hüquqlarının pozulması kimi qiymətləndirmişdi.



Digər xəbərlər
SON XƏBƏRLƏR