Ramil Usubov Məhkəmə sədrinin oğluna vəzifə verdi - Nazirdən təyinat

12-03-2019 [16:21]
Daxili İşlər naziri Ramil Usubov sərəncama götürülən rəisə yeni vəzifə verib. 

Mia.az-ın əldə etdiyi məlumata görə, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Sumqayıt şəhər 4-cü polis bölməsinin keçmiş rəisi polis polkovnik-leytenantı Ruslan Hüseynov Nərimanov rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktika işinin təşkili bölməsinin rəisi vəzifəsinə təyin olunub. 

Təyinat xəbərini Nərimanov rayon Polis İdarəsindən Mia.az-a təsdiqləyiblər.

Qeyd edək ki, R. Hüseynov Sumqayıt şəhər Məhkəməsinin sədri Zeyqəm Hüseynovun oğludur.





SON XƏBƏRLƏR