Sahil Babayevin qatıldığı tədbirdə bayrağımıza sayğısızlıq - ƏƏSMN-dən daha bir yanlış+FOTO

img

11-03-2019 [17:19]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Azərbaycan bayrağına qarşı daha bir hörmətsizlik edilib.

Mia.az xəbər verir ki, 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində gənc xanımlarla görüşüb. 

Görüş zamanı çəkilən fotoda nazirin arxasındakı duvardan asılan Azərbaycan Bayrağının səhv asıldığı görünür. Nazirliyin rəsmi saytında. eləcə də facebook səhifəsində də sözügedən foto yerləşdirilib. 

Qeyd edək ki, Nazirlər Kabinetinin son Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”nda dəyişiklik edilməsi haqqında" 21 iyun 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Dövlət bayrağı binanın divarına dirəksiz şaquli çəkildikdə və ya şaquli vəziyyətdə xüsusi tutqaclara bərkidildikdə, dövlət bayrağının mavi deyil, yaşıl zolağı qarşıdan baxılarkən sol tərəfə yerləşməlidir.


Xatırladaq ki, bir müddət öncə Nazirliyin "Dost" Mərkəzləri ilə bağlı hazırladığı sosial çarxda Azərbaycan bayrağı tərsinə asılmışdı.Belə ki, video-çarxın 24-cü saniyəsində paralimpiyaçı uşaq su hovuzunda üzərkən divarda asılan bayraqda mavi və yaşıl rənglərinin yeri səhv idi. Həmin video-çarx 09 fevral 2019-cu il tarixindəƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi "Youtube" səhifəsində paylaşılmışdı.




Digər xəbərlər
SON XƏBƏRLƏR