"Adam adi tənqidə cavab vermək əvəzinə, aqressiv cavab yazır" - Agentlik 28 milyonu hara xərcləyib?

img

11-03-2019 [16:34]


"Bir neçə gün öncə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi ilə bağlı bir açıqlama vermişdim. Təxmini mahiyyəti beləydi ki, 100 milyon vəsait xərclənən bu Nəqliyyatın İntellektual İdarəetmə sistemi Nəqliyyat Nazirliyində olduğu zaman iflasa uğrayıb və artıq 2-3 ildir Bakı Nəqliyyat Agentliyinə (BNA) verilməsinə baxmayaraq, fəaliyyəti bərpa edilməyib".

Mia.az xəbər verir ki, bu sözləri ekspert Osman Gündüz deyib.

Onun sözlərinə görə, qeyd etdiyi yazı "yumşaq bir yazı" idi, lakin buna rəğmən, BNA rəsmisi çox aqressiv bir rəy yazıbmış: "Düzü, çox da təəccüblənmişdim. Çünki fikrimcə, adi bir tənqid idi, sadəcə BNA –ya çağırış edilirdi ki, zaman gedir, NİİM bərpa edilməldir. Amma BNA rəsmisinin vətəndaş cəmiyyətinə qarşı aqressiyasını yadımda saxlamışdım. Təxmini duymuşdum ki, burada nəsə əmma var.

Odur ki, vaxt tapıb son iki ildə NİİM-lə bağlı görülən işlər üzrə qısa bir araşdırma apardım. 
Və hədsiz təəccübləndim, düzü, dəhşətə gəldim".

Ekspertin sözlərinə görə, NİİM BNA-ya veriləndən sonra bu sistemin bərpası, həmin o məşhur video monitrola bağlı texniki xidmət, videorabitə işləri, serverlər, nəqliyyat planlaması və trafik təhlili proqram təminatları ilə bağlı BNA-ya təxminən 28 000 000 manat vəsait ayrılıb:

"Təsəvvür edin, son 1- 2 ildə BNA-ya 28 milyon manat vəsait ayrılıb, amma Nəqliyyatın İntellektual İdarəetmə sistemi hələ də ortada yoxdur. BNA rəsmisi də vətəndaş cəmiyyətindən verilən adi bir təklifə, adi bir tənqidə aqressiya ilə yanaşır...".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR