Oqtay Şirəliyev əmr verdi - UEFA Avropa Liqasının final oyunu ilə bağlı

img

11-03-2019 [12:23]


Səhiyyə naziri Oqtay Şirəliyev futbol üzrə UEFA Avropa Liqasının final oyunun tibbi təminatı barədə əmr imzalayıb.

Nazirliyin mətbuat xidmətinən Mia.az-a verilən məlumata görə, əmr "Futbol üzrə UEFA Avropa Liqasının final oyunun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Səhiyyə Nazirliyi haqqında Əsasənaməsinin müvafiq bəndini rəhbər tutaraq imzalanıb.

Əmrdə müvafiq şöbə və qurum rəhbərlərinə oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunda oyun zamanı təcili tibbi yardım maşınlarının növbətçiliyini təmin edilməsi, bu müddət ərzində ehtiyac olduğu halda idmançıların və qonaqların hospitalizasiyasının müvafiq olaraq Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilməsini təmin etmək, habelə, tibb müəssisə və idarələrinin rəhbərlərinə oyun iştirakçılarının və qonaqların müraciəti zamanı onlara yüksək səviyyəli tibbi yardımın göstərilməsinə dair tapşırıqlar verilib.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyinə nümayəndə heyətləri üçün ayrılan mehmanxana və iaşə müəssislərində sanitariya–gigiyena qaydalarına əməl olunması məsələlərinin ciddi nəzarətə götürülməsi tapşırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR