Şriftin ölçüsü / 534 dəfə oxunub

VK sədri "Kişi sözünün ağası olar" dedi, tanınmış vəkilə ismarıc göndərdi, cavab kəskin oldu: "...batırsınız"

10 Mart 2019 [15:16]
Vəkillər Kollegiyası (VK), onun sədri Anar Bağırovla tanınmış vəkil Adil İsmayılov arasında "Söz atışması" hər keçən gün böyüyür.

Mia.az bildirir ki, Adil İsmayılovun bir neçə gün əvvəlki ittiham və konkret suallardan ibarət sorğusuna bu gün VK sədri Anar Bağırov qarşlıqlı ittihamla cavab verib.

Anar Bağırov bildirib ki, son 20 gün ərzində VK-na qarşı Adil İsmayılov (Anar Bağırov burada Adil İsmayılovun adını İ.A kimi təqdim edib) və bir necə keçmiş vəkillər, hakimiyyətlə əbədi problemləri olan başqa şəxslər tərəfindən yalan, absurd, uydurma saxta şaiyə şəklində məlumatlar paylaşılır, vəkilləri təhqir edirlər:

"Bu məlumatlarla bağlı RH dərhal bəyanat yayıb, onları yayan şəxslərdən təkzib vermələrini tələb edib. Lakin bu şəxslər təkzib vermək əvəzinə, yalan və böhtan xarakterli məlumatları yaymaqda davam edirlər. Əvvəl yaydıqları guya VK-nın hazırki binasının RH rəhbərliyinə məxsusluğu haqda, keçmiş rəhbərlikdən 1 milyon pulun qalması və mənimsənilməsi, israf olunması, 12 saylı VB-nun RH-nin hesabına təmiri haqda yalanlara əlavə olaraq 12 saylı VB-nun binasının əvvəllər VK-na məxsus olması, sonradan isə dövlət mülkiyyətinə keçməsi barədə də yeni yalan xəbərlər paylaşırlar.

Bizim heç kəsdən heç bir sirimiz yoxdur, ola da bilməz. Vəkillərimiz bilir ki, istənilən suala VK RH-də dərhal yerindəcə cavab verilir, mövzunu sosial şəbəkədə şouya çevirmək isə böhtançıların arzusu və məqsədidir.

Bu adamların məqsədləri bizə tam aydındır: 

1. apardığımız işlərə cəmiyyətdə kölgə salmaq;

2. RH ləkələmək, əsassız olaraq cinayətdə ittiham etmək, nüfuzdan salmaq;

3. özlərini "mübariz” şəxs kimi sırımaq;

4. vəkillikdə konflikt yaratmaq və s".

Kollegiya sədri qeyd eidb ki, əlbir olduqları adamların şəxsiyyətləri onu deməyə əsas verir ki, bu plan xüsusi olaraq cızılıb, əvvəlcədən ssenari hazırlanıb, onların uğurlu fəaliyyətinizi durdurmaq hədəflənib: 

"Ancaq bunlar bir şeyi bilməlidirlər. Vəkillər Kollegiyası öz yolundan dönməyəcək, işimizi daha da gücləndirəcəyik, inkişafımız davam edəcək, hər böhtana görə də onu yayan şəxs qanun qarşısında cavab verəcək!

Bu sizə məşhur idman brendi olan Adidasın adının saxtalaşdırılması deyil ki, illərlə məsuliyyətsiz qalsın. Böhtançılar isə indi qoy hər böhtanı sübüt etsinlər, demirlər sənədləri var, qoy çıxarışları qoysunlar ortalığa, bu isə mümkün deyil, ola da bilməz.

Kişi sözünün ağası olar, sözünün ağası olmayan necə adlanır?".

Vəkil Adil İsmayılov isə Anar Bağırovun açıqlamasına belə cavab verib: "Danışdıqca batırsınız. Yolunuz açıq olsun. Demişdim axı, göründüyünüzdən də cılızsınız. Adam körpə uşaq kimi küsüb, məni sosial şəbəkədə blok edib, barəmdə nəsə yazır, ancaq adımı çəkməyə də çəkinir. 

Tağı müəllim demişkən, artıq hərəkətlərə nə ehtiyac var. Ya suallarıma cavab verəcəksiniz, ya da özüm alacam...".

Adil İsmayılov deyib ki, o, adamı dindirməyi də, alovlandırmağı da, söndürməyi də əla bilir.

Mia.az


SON XƏBƏRLƏR