Ekspert hökumətə açıq suallar ünvanladı: "Bir ayıq səhiyyə naziri də yoxdur ki, bu suallara cavab versin"

img

09-03-2019 [12:03]


"İcbari Tibbi sığortanın mexanizmi açıqlanıb: Muzdla çalışanlar, işçilər əmək haqqının 2%-i, işigötürənlər də verdikləri maaşın 2%-ni sığorta Agentliyinə köçürəcəklər - həm əhalinin, həm də biznesin vergi-ödəniş yükü artır. İşəgötürən 44 manat, üstəgəl maaşın 15%-ni təqaüd fonduna, 2%-ni isə İTSA-ya, özəl sektor işçisi 6 manat, üstəgə maaşınl 10%-ni təqaüd fonduna, 2% isə İTSA-ya ödəyəcək. Dövlət sektoru işçilərinin ödənişi isə daha çox artacaq: maaşdan 14% gəlir vergisi, 3% təqaüd fondu, 2% İTSA, 2% YAP, 2% Həmkarlar pul alacaqlar.

Mia.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, sərbəst məşğul əhali – qeyri-rəsmi işləyənlər, evdar qadınlar və sair kateqoriyalı insanlar üçün sabit bir məbləğ tətbiq olunacaq, onlar qanunla ildə 120 manat sığorta haqqı ödəməli olacaqlar ki, sığortalı sayılsınlar: "Ödəyə bilməyənlərin aqıbəti haqqında hələ ki, heç nə bilinmir
Əhalinin müəyyən kateqoriyasının - 18 yaşınadək uşaqların, pensiya yaşında olan vətəndaşların, əlillərin, aztəminatlı ailələrin, tələbələrin və hamilə qadınların sığorta haqlarını dövlət öz üzərinə götürəcək, onlara aid illik 120 manatı dövlət ödəyəcək.
 
Beləliklə, İcbari Tibbi Sığorta tədbiq edilməyə başlayacaq, ilk olaraq dövlət həmən yığacağı pulu hesablayıb, amma həmin pula veriləcək xidməti açıqlamayıb. Babat da pul yığılacaq, gəlin yuvarlaq da olsa hesablayaq: 

1) Muzdla çalışanların sayı 1,6 milyon nəfərdir, ortalama maaş da 580 manat civarındadlr, deməli hər işçiyə ayda 4%-dən 23-24 manat düşür, ildə 450 mln. manat bu kəsimdən İTSA-ya daxil olacaq.

2) Güzəştə düşənlər əhalinin 45%-ni təşkil edir, yəni 4,5 mln. əhaliyə ildə hərəsinə 120 manatı dövlət Agentliyə köçürəcək - bu da ildə 540 mln. edir.

3) Təqribən 4 mln. nəfər fərdi işçilər, gizli işləyənlər, evdar qadınlar, işsizlər və s. var, onlar da öz ciblərindən ilə 120 manat ödəməli olacaqlar ki, bu da 480 mln. manat edir.

 Beləliklə, İTSA (İcbari Tibbi Sığorta Agentliyi) təqribən 1 mlrd. 500 mln manat yığacaq".

Ekspert bildirib ki, bu, az məbləğ deyil, qaldı əsas sual - bəs bu məbləğə vətəndaşlar hansı xidmətlər alacaqlar? Əməliyyat xərclərini Agentlik ödəyəcəkmi? Dərmanlar pulsuzmu olacaq?

 Bu sualların cavabı, hələ ki, yoxdur: 


Natiq CƏFƏRLİ

"İcbari Tibbi Sığorta lazımdlrmı? Təbii ki, lazımdır! Bəs bunun mexanizmini, bütün detallarını hökumət 20 ildir (qərar 20 il əvvəl verilmişdi) normal müzakirə edibmi? İki pilot bölgədə tədbiq edilmişdi, nəticələri nə oldu, bu haqda hökumət sənəd ortalığa qoydumu? 

Təəssüf ki, yox, deməli gələn ildən xaos başlayacaq, cavabsız suallar yaranacaq, narazıçılıq çoxalacaq. 

Artıq yaranmış başqa cavabsız suallar da var: Bu il büdcədən səhiyyəyə 1 mlrd. 44 mln. manat ayrılıb - bu məbləğə nə xidmət görürük?! Dövlət səhiyyəyə güzəştli əhali üçün illik adambaşına 120 manatdan başqa büdcədən pul ayıracaqmı? Əgər ölkədə pulsuz səhiyyə ləğv olunursa, konstitutsiya da dəyişməlidirmi?! Dövlətin yardım etməyəcəyi işi-gücü olmayan adamlar ildə 120 manatı hardan alıb Agentliyə verəcəklər?! 

Dövlət xəstəxanaları ləğv edilir publik hüququ şəxs olurlar, sığortası olmayana hansı xidməti neçəyə göstərəcəklər? Əvvəllər xəstə yaxınını soruşurdular ki (pul almaq üçün), xəstəyə yardım etsinlər, indi sığorta kartı olmayana yaxın gəlməyəcəklərmi?!".

Sonda isə ekspert bildirib ki, bir ayıq səhiyyə naziri də yoxdur ki, çıxıb bu suallara cavab versin...

Mia.az-ın əldə etdiyi məlumata görə isə, hazırda Səhiyyə Nazirliyi ilə İTSA arasında təhvil-təslim aparılacaq inventarlarla bağlı komissiya işləyir. Nə qədər qəribə də olsa, həmin komissiyaya, onun işlərinə isə Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasının keçmiş baş həkmi, adı bir çox qalmaqallarda hallanan "Avrasiya" klinikasının baş həkimi Asiman Həsənovun rəhbərlik etdiyi deyilir.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR