"Fuad Muradovun müavini dedi ki..." - Heydər Əliyevin adını daşıyan Mərkəz niyə bağlanıb?

img

06-03-2019 [14:47]


Türkiyədəki "Heydər Əliyev adına Mədəniyyət Mərkəzi” yaranmış borca görə bağlanıb.

Bu barədə sözügedən mərkəzin rəhbəri olan Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri, Avropa Azərbaycan Konqresinin vitse-prezidenti Bilal Dündar Demokrat.az-a məlumat verib.

 O bildirib ki, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri dəyişəndən sonra "Heydər Əliyev adına Mədəniyyət Mərkəzi”nin vergi borcları yaranıb. 

Onun sözlərinə görə, yaranmış vergi borcları ilə bağlı dəfələrlə Azərbaycan hökumətinin rəsmilərinə, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova məlumat verilib. 

"Çox təəssüf ki, yeni Komitə sədri olan Fuad Muradov Heydər Əliyevin adını daşıyan bu Mərkəzin saxlanılması üçün bizə dəstək olmadı. Əksinə, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev bizə bildirdi ki, bizim adımız olmadan gedin o Mərkəzi bağlayın. Mən Valeh Hacıyevdən tələb etdim ki, bu mərkəzi bağlamağımız üçün bizə yazılı formada icazə sənədi verin. Ancaq o, bundan dərhal qaçdı və bildirdi ki, bunu edə bilməz. 

Mən bu barədə Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənova da məlumat vermişəm. Çox təəssüf ki, indiyədək yaranan borc məsələsi həllini tapmadığı üçün mən də məcbur olub şəxsi avtomobilimi satıb borcun bir hissəsini ödədim. Ancaq mərkəzin adına gələn xeyli miqdarda borc hələ də qalır. Artıq Azərbaycan tərəfi mənə başqa çıxış yolu buraxmadığı üçün mərkəzi bağlamaq qərarına gəldik".

Yenisabah.az

Digər xəbərlər
SON XƏBƏRLƏR