Prezident İlham Əliyev Rasim Balayevə zəng vurdu: "Məndən soruşdu ki..."

img

05-03-2019 [16:21]


Prezident İlham Əliyev xalq artisti Rasim Balayevlə telefonla danışıb.

Bu barədə "Ölkə.Az”a Rasim Balayev özü məlumat verib: "Təxminən on dəqiqə əvvəl cənab Prezident mənimlə telefonla danışdı. Bildirdi ki, bu, bizim sənə münasibətimiz deyil, siyahını hazırlayanların günahıdır. Mən də təşəkkürümü bidirdim. Bildirdi ki, bu il kino sahəsinə 5 milyon ayrıldı. Növbəti ildən kinoya vəsait ayrılması büdcəyə salınacaq. Məndən soruşdu ki,  görüşdə iştirak etsəydin, nə təklifin olacaqdı? Bildirdim ki, mənim təkliflərim Mehriban Zəkinin fikirləri ilə üst -üstə düşür”.

Qeyd edək ki, R,Balayev  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünə dəvət edilmədiyi üçün narazılığını bildirmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR