İcra başçısı dəm qazından zəhərlənib? - Ekspertiza təyin edildi, köməkçisi danışdı

img

28-02-2019 [10:35]


Naftalan rayon İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimovun ölüm səbəbinin müəyyən edilməsi üçün ekspertiza təyin edilib.

Bakı Şəhər Prokurorluğundan Mia.az-a verilən məlumata görə, R.İbrahimovun fevralın 24-də yaşadığı mənzildə vəfat etməsi faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq; ölümə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Müvafiq ekspertiza təyin olunub.

Ölümün səbəbinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, ilkin məlumatda icra başçısının ürəktutmadan vəfat etdiyi qeyd olunurdu.

***

"Qafqazinfo"nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, icra başçısı yaşadığı mənzildə dəm qazından zəhərlənərək ölüb.

*** 

Mərhum icra başçısının köməkçisiYavər Aslanov Modern.az-a növbəti açıqlamasında ekspertizanın rəyini gözlədiklərini bildirib:

"Biz də rəsmi məlumatlarda deyilənləri bilirik. Nəticələr ekspertizadan sonra bilinəcək. Buna qədər olan söhbətlər isə sadəcə ehtimal və şayiədir”.

Y.Aslanov qeyd edib ki, hazırda Naftalan rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müavin, Şəhər təsrrüfatı şöbəsinin müdiri Arzu Məmmədov icra edir.




Digər xəbərlər
SON XƏBƏRLƏR