Məşhur vəkildən kollegiya sədrinə sensasion ittihamlar: "O, həmişə əl altında işləyib, indi də şaiyə yayıb ki..."

img

24-02-2019 [14:17]


"Vəkillər Kollegiyası (VK) sədrinin son addımları və açıqlamaları göstərir ki, hörmətli Anar Bağırov atəşkəs və ya "bütün cəbhə boyu qəti hücum” arasında seçim qarşısında qalıb. Buna görə də hər iki istiqamətdə işlər aparır".

Mia.az xəbər verir ki, bu sözləri tanınmış vəkil Adil İsmayılov "Feysbuk"dakı səhifəsində yazıb.

Vəkilin sözlərinə görə, bir dəfə Anar Bağırovla söhbət edib: "Dedim ki, bütün ömrümü insanlarla işləmişəm, qarşılaşdığım bütün insanlar kimi onu da gözəl tanıyıram. Sədr təcrübəsizdir, müstəqil deyil, bir az da emosionaldır. Əvvəllər belə vəziyyətdə olmayıb, "parnik"də böyüyüb, həmişə əl altında işləyib, nə edəcəyini müəyyən edə bilmədiyi üçün hərəkətlərində ardıcıl deyil. Əvvəl bir təhqiredici status yazdı, sonra onu gizlətdi, deyirlər ki, indi təzədən açıb. Sonra ona inboxda göndərdiyim salamı almadı və məni blokladı, bu səbəbdən səhifəsini görmürəm".

Vəkil bildirib ki, Anar Bağırov ona ümumi tanışları vasitəsi ilə mesaj göndərib: "Aramızda öz təşəbbüsü ilə sülhə nail olmağa çalışan ümumi tanışımızla xəbər göndərib ki, mən balaca, hətta bapbalaca bir təkzib yazsam, məni bağışlayacaq və olanları unudacaq. Mən təklifini rədd edəndə, şaiyə buraxıb ki, məni bağışlaması üçün elçi göndərmişəm. Adam indiyə kimi məni tanıya bilməyib, təəssüf edirəm. Ondan fərqli olaraq, bütün həyatım mübarizədə keçib. Özümü dərk edəndən oyunların içində olmuşam və bacardığım qədər öz oyunumu oynamağa çalışmışam. Yadınızda olar yazmışdım ki, "hər kəsin fikir, söz və əqidə azadlığı vardır. Yaltaqların da" . 4 gündür ki, Anar müəllim onların bu azadlığına müdaxilə edib, aktiv müdafiəçiləri onun göstərişi ilə daha mənə açıq hücum etmir, fikir verirsinizsə, statuslarımda gecələyən gözəgirənlər bir neçə gündür görünmür. Eyni zamanda, passivlərdən mövqelərini müəyyənləşdimək tələb edilir. Çox maraqlı proseslər gedir, bir yandan mənim əleyhimə imzalar toplanır, digər tərəfdən sədrin "dostları” mənə kompramatlar ötürürlər".

Adil İsmayılov daha sonra yazıb ki, hazırki vəziyyət uzun sürməyəcək: "Bu vəziyyətdən qarşıduran tərəflərin hə ikisi üçün optimal çıxış yolu təklif edirəm. Mənim məlum statusumda yazdığım suallar hamının başa düşəcəyi və qəbul edəcəyi qaydada, konkret sənədlərə istinad edilməklə cavablandırılır. Məsələn, yazılır ki, RH-in icarəyə götürdüyü bina vətəndaş Məmmədova məxsusdur, aylıq 8-10 min manat icarə haqqı ödənilir. Yaxud rəhmətlik Azər Tağıyev sədrlikdən gedəndə VK-nın bank hesabında N məbləğdə vəsait olub və bunları təsdiq edən sənədlər əlavə edilir. Məsələ qapanır. Ya da hər kəs öz səviyyəsində mücadiləyə davam edir. Mən sözümü dedim, növbə sizindir".

Vəkil sonda qeyd edib ki, o, heç vaxt görmədiyi kinodan, oxumadığı kitabdan, olmadığı ölkədən, bir sözlə, bilmədiyi şeylərdən danışmayıb: "Vəkilliyin yeni rəhbərliyinin vəkillikdə inqilabi dəyişikliklər etməsindən bəh-bəhlə danışan kollegiyalarım, bilirsinizmi ki, 2017-ci ilə kimi Rəyasət heyətinin cəmi 11 üzvü olub. Onların 6 nəfəri, o cümlədən sədriniz, bu gün Rəyasət Heyətinin üzvüdür. RH-də bütün qərarların adi səs çoxluğu ilə qəbul edilməsi nəzərə alınsa, indiki rəhbərlik o vaxtda çoxluqda olub. Yəni VK rəhbərliyi faktiki olaraq dəyişməyib".

İddialarla bağlı VK sədrinin müansibətini də dinləməyə hazırıq.

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR