Milli Şura mitinqlə bağlı yeni qərar verdi

img

23-02-2019 [12:27]


Milli Şura mitinqlə bağlı yeni qərar verib.

Mia.az bu barədə Milli Şura Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli məlumat verib. 

O bildirib ki, Milli Şura martın 2-nə mitinq təyin edib: "Xalq qovur, hökumət qaçır. Görəsən hara kimi qaçacaqlar?! Və xalqın əlindən qaçmaq əcəldən qaçmaq kimi mənasız bir işdir axı, sadəcə, bir az geci, bir az tezi var! Bu mitinqə 50 min olaraq qatılsaq, bu ölkənin havası da, suyu da, daşı da, torpağı da dəyişib daha doğma, daha sevimli olacaq. Bizim olacaq! Hodri, Meydan! Hodri, "Məhsul"!”.

Qeyd edək ki, Milli Şura 23 fevralda  Bakıda "Məhsul" stadionunda "Siyasi məhbuslara azadlıq" tələbi ilə mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq göndərib. Lakin Bakı Şəhər İcra Hakimiyyəti fevralın 20-də müraciətə cavab verərək, mitinqin keçirilməsini məqsədəuyğun saymayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR