“Yadınıza gəlir, bizim nə qədər istəklərimiz vardı?" - Hadı Rəcəbli

img

23-02-2019 [12:06]


"Yadınıza gəlir, bizim nə qədər istəklərimiz vardı? Yaşayış minimumunun minimum əmək haqqı ilə üst-üstə düşməsini istəyirdik.Bunu reallaşdırmaq çətin idi, amma zamanı gəldi, reallıq ona imkan verdi və bu yöndə addım atıldı. Ona görə biz tələsə bilmərik”.

Bu sözləri Oxu.az-a müsahibəsi zamanı Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

"Bəzən görürsən ki, bizim arzularımız, istəklərimiz biz az qabağa gedir. Ancaq bunlar zamana ehtiyacı olan məsələlərdir. Düşünürəm ki, bu məsələlər də zaman-zaman həll olunacaq. Ölkə prezidentimizin uşaqlarla, gənclərlə bağlı atdığı addımlar göz önündədir”.

H.Rəcəbli çoxuşaqlı ailələrin məsuliyyətindən də danışıb:

"Mən bir dəfə demişdim, sonra bəziləri yazdılar, hay-küy saldılar ki, Hadi Rəcəbli deyir, uşağı saxlaya bilmirsən, doğma, nə bilim, neyləmə… Mənim fikirlərim əslində təhrif olunmuş şəkildə insanlara çatdırılmışdı.

Bizim qanunlarımızda göstərilir ki, rüşeym formalaşanda abort etmək olmaz. Bu, birmənalıdır. Bu məqamları, müddəaları da məhz Hadi müəllim hazırlayıb vaxtıykən. Necə olur ki, bu qanunu hazırlayanda, onun qəbuluna nail olanda bunu dilə gətirmək, təqdir etmək heç kimin yadına düşmədi, amma digər məsələ olan və cəmiyyətə təhrif olunmuş şəkildə çatdırılan kimi, o dəqiqə hər şey "yada düşdü”?

"Əhalimiz artıq on milyona çatır. Bunun on beş milyon olması da yaxşı olardı. Eyni zamanda, əhalinin sağlam olması daha önəmlidir, daha yaxşıdır. Ona görə biz kəmiyyətdən çox keyfiyyətə üstünlük verməliyik, sağlam uşaq dünyaya gətirməliyik.

O uşaqların sağlamlığını qorumağa, o uşaqların təhsili ilə məşğul olmağa üstünlük verməliyik. Kəmiyyət dalınca qaçmamalıyıq ki, on dənə, on beş dənə uşaq olsun.

Ancaq dediyim kimi, bütövlükdə mən həmişə hər yerdə uşaqların ailələrdə çox olmasının tərəfdarıyam. O zaman dediyiniz məsələlər də olmur. Böyük qardaş balaca qardaşa kömək edir.

Bir vaxtlar balaca qardaş böyük qardaşın paltarını geyinirdi. İndi ailələrdə bu söhbəti salmaq olar? Deyir, necə yəni, mənim uşağım getsin sənin uşağının paltarını geyinsin, ola bilməz və sair. Ancaq mənim balalarım, nəvələrim, bu oğlumun uşağı o biri oğlumun uşağının paltarını geyinir.

O qızımın uşağının paltarını bu biri qızımın uşağı geyinir. Bizim ailədə bu məsələyə pis baxılmır. Ailələr var ki, buna pis baxırlar. Amma hamı bir-birinin əlindən tutanda, problemlər də həll olunur”.

Digər xəbərlər
SON XƏBƏRLƏR