İrandan Azərbaycana külli miqdarda narkotik maddə keçirən şəxs saxlanılıb

img

22-02-2019 [12:20]


İrandan Azərbaycana külli miqdarda narkotik maddə keçirən şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, fevralın 21-də Cəlilabad rayon Polis şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində dövlət sərhədini pozmuş Cəlilabad şəhər sakini, əvvəllər məhkum olunmuş Q.Yaqubov saxlanılıb.

Saxlanılan şəxsin İrandan gətirdiyi narkotik tərkibli vasitələri Kövüzbulaq kəndində yaşayan qohumuna məxsus yardımçı təsərrüfatda gizlətməsi müəyyən edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən yardımçı təsərrüfatdan çəkisi 4 kiloqram olan heroin və 2 kiloqram olan tiryək aşkar edilərək götürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR