İşdən çıxarılan icra başçısına vəzifə verildi - Prezident Aparatında

img

22-02-2019 [11:12]


Bu yaxınlarda Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Razim Məmmədova yüksək vəzifə verilib.

Mia.az demokrat.az-a istinadən xəbər verir ki, Razim Məmmədov Prezidentin Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsinə təyin olunub.

Təyinatın dünən olduğu deyilir.

Qeyd edək ki, 52 yaşlı Razim Məmmədov prezident İlham Əliyevin 13 dekabr 2018-ci il tarixli sərəncamı ilə Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR