BDU-nun professoru vəfat edib

21-02-2019 [12:03]

Bakı Dövlət Universitetinin Kitabşünaslıq və nəşriyyat işi kafedrasının professoru Bayram Allahverdiyev vəfat edib.

Mia.az xəbər verir ki, bu barədə BDU-nun mətbuat katibi Pərvanə İbrahimova açıqlama yayıb.

Qeyd edilib ki, B.Allahverdiyev 23 yanvar 1938-ci ildə anadan olub. 1957-1962-ci illərdə BDU-nun Filologiya fakültəsinin kitabxanaçılıq şöbəsində təhsil alıb. 1964-1967-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı olub. 1968-ci ildə namizədlik, 1991-ci ildə doktorluq dissertasiyası müdafiə edib, 1993-cü ildə professor elmi adı alıb. 1968-ci ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi işləyib. 1968-1992-ci illərdə BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının dosenti və professoru, 1992-2012-ci illərdə Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri olub. Azərbaycanda ilk dəfə əlyazma kitablarının yaranması, tərtibatı və yayılması xüsusiyyətlərini aşkara çıxarıb. Azərbaycan kitabının tipologiyası, Azərbaycan texniki kitabının nəşri, formalaşması qanunauyğunluqlarını tədqiq edib. 

2008-ci ildən "Kitabşünaslıq və Nəşriyyat işi” elmi-nəzəri və təcrübi jurnalının təsisçisi və baş redaktoru olub. BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin Elmi Şurasının üzvü, 8 kitabın, 100-ə yaxın elmi məqalənin müəllifi olub və bir çox elmi konfranslarda iştirak edib. "Qızıl qələm" mükafatı laureatı olan B.Allahverdiyev, eyni zamanda, "Qabaqcıl təhsil iş¬çisi” döş nişanı ilə təltif olunub. 

Allah rəhmət eləsin!



SON XƏBƏRLƏR