Azərbaycanın 3 yunan-Roma güləşçisi Macarıstana gedir

img

21-02-2019 [10:37]


Azərbaycanın 3 yunan-Roma güləşçisi fevralın 23-də Macarıstanın Dyor şəhərində start götürəcək Qran-pri turnirində iştirak edəcək.

Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 2 gün davam edəcək yarışda baş məşqçi Şaban Donatın rəhbərliyi altında Murad Məmmədov (60 kq), İslam Abbasov (87 kq) və Sabah Şəriəti (130 kq) mübarizə aparacaq.

Qeyd edək ki, Qran-pri 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına reytinq xarakteri daşıyır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR