NATO-dan Belarusa demokratiya xəbərdarlığı: "Ölkə islahatlara başlamasa, onu pis ssenari gözləyir"

img

21-02-2019 [10:08]


Rusiya Belarusu özünə birləşdirmək və bununla Avropa sərhədlərinə yaxınlaşmaq istəyir.

Bu sözləri NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen Liga.net saytına müsahibəsində deyib.

Rasmussen bildirib ki, Belarus islahatlar aparmasa, onu müharibə gözləyir.

Keçmiş baş katib ölkəni sürətlə islahatlar aparmağa, demokratiya və azadlığa nail olmağa çağırıb. Onun fikrincə, yalnız bu yolla Belarus öz təhlükəsizliyini təmin edə, rus aqressiyasından qoruna bilər:

"Bu ölkə islahatlara başlamasa, onu pis ssenari gözləyir. Mənim Belarus xalqına və rəhbərliyinə rusların aqressiyasından qorunmaq üçün məsləhətim budur ki, demokratiya və azadlığa aparan islahatlara başlansın. Yalnız bu, ölkəni Rusiya aqressiyasından xilas edər.

Mən istərdim Belarus Qərbdən böyük dəstək alsın. Bizə bu ölkənin azadlıq və demokratiyaya istiqamət aldığını görmək gərəkdir".

Teleqraf.com


Digər xəbərlər
SON XƏBƏRLƏR