Tanınmış iranşünasın “İranda siyasi partiyalar” kitabı çapdan çıxıb

img

19-02-2019 [22:47]


Şərqşünas Məsiağa Məhəmmədinin "İran İslam Respublikasında siyasi partiyalar” adlı kitabı bu günlərdə çapdan çıxıb. Bu kitab İranda siyasi partiyalarının fəaliyyətini öyrənmək sahəsində Azərbaycanda ilk təşəbbüsdür.

Müəllif İranın daxili siyasi həyatının mənzərəsini çatdırmaq üçün geniş istifadə olunan mühafizəkar-islahatçı dixotomiyasının hüdudlarını aşaraq, ölkədə siyasi spektrin daha mürəkkəb və rəngarəng olduğunu nümayiş etdirməyi başlıca məqsəd kimi qarşıya qoyub. Bunun üçün İranın müasir siyasi tarixi kontekstində, xüsusən seçki kampaniyaları timsalında əsas partiyaların fəaliyyəti izlənilib, eyni zamanda on beşə yaxın aparıcı siyasi təşkilatının yaranma tarixi, ideoloji və təşkilati prinsipləri, önəmli simaları barədə məlumat verilib.

Kitabda İranın siyasi həyatında qanunvericilik çərçivəsində, yəni sistem daxilində və leqal şəkildə fəaliyyət göstərən (yaxud göstərmiş) partiyalardan bəhs edilir.

İki fəsildən ibarət araşdırmada İslam inqilabından sonra İranda mövcud olan əsas siyasi qüvvələr, partiyaların siyasi proseslərdə iştirakının mərhələləri, onların fəaliyyətinin hüquqi əsasları nəzərdən keçirilib, siyasi partiyaların sağ, sol, milliyyətçi (milli-dini) və "üçüncü cərəyan” olmaqla müvafiq təsnifatı verilib.

Müəllif belə bir qənaəti xüsusi vurğulayıb ki, mövcud olduğu 40 il ərzində İran İslam Respublikasının bütün xarici təzyiqlərə və daxili çalxalanmalara rəğmən, öz varlığını qorumasında və spesifik siyasi inkişaf yolu keçməsində siyasi partiya və qruplaşmaların mühüm rolu olmuşdur.



Digər xəbərlər
SON XƏBƏRLƏR