Şriftin ölçüsü / 220 dəfə oxunub

Bu ölkədə qadınların sürücülük vəsiqələri geri yığılır - Polis hərəkətə keçdi

19 Fevral 2019 [22:01]

Türkmənistanın paytaxtı Aşqabadda qadın sürücülər arasında kütləvi yoxlamalar aparılır. Zərif cinsin nümayəndələrindən sürücülük vəsiqələri müxtəlif bəhanərlərlə alınır.

Bu barədə "Radio Azatlık” məlumat yayıb.

Nəşrin məlumatına görə, bundan başqa, qadınların şəhərin müəyyən küçələrində avtomobil idarə etməsinə icazə verilmir.

"Qadınların sükan arxasına əyləşməməsi üçün rəhbərlik bütün əməkdaşların avtomobillərini iş yerində qoymağı tapşırıb”, - deyə nəşrin mənbəsi bildirib.

"Xroniki Turkmenistana” isə xəbər verir ki, polisin bu tədbirlərində məqsəd qadınları avtomobil idarə etməkdən daşındırmaqdır.

Bundan savayı, sərt ölçülər avtomobillərdən də yan keçmir. Belə ki, tünd rəngli maşınlar (sahibləri onları yenidən rənglətdirməlidir), həmçinin, "Moskviç” və "Jiquli” markalı köhnə avtomobillər cərimə meydançasına göndərilir/Musavat.com.



SON XƏBƏRLƏR
17:55 21.05.2019
Ağdaşda oğru tutulub