Oyun 20 dəqiqə gec başaldı, “Səbail” klubu 2400 manat cərimə olundu

img

19-02-2019 [18:28]


Topaz Premyer Liqasının XVII turunun "Səbail” – "Sabah” matçı meydan sahibi "Səbail” klubunun səhlənkarlığı səbəbindən 1-ci hissə 3, 2-ci hissə 9 dəqiqə gec başlayıb.

Mia.az AFFA-ya istinadən xəbər verir ki, bununla bağlı Hakimlər-Komitəsi tərəfindən İntizam Komitəsinə əlavə məlumat daxil olub: "Bunu nəzərə alaraq İntizam Komitəsi matçın başlama saatını təyin olunduğu vaxtdan və fasilədən sonra gecikdirdiyinə görə "Səbail” klubu 2400 manat cərimə edib".


Digər xəbərlər
SON XƏBƏRLƏR