Gürcüstanda qasırğa olub, 87 ağac aşıb, 62 binanın dam örtüyü uçub

img

19-02-2019 [17:19]


 Gürcüstanda son üç gün ərzində müşahidə olunan güclü külək bir sıra fəsadlar törədib. 

"Report”un yerli bürosu xəbər verir ki, qasırğa və küləyin törətdiyi problemlərlə bağlı Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətinə 261 zəng daxil olub.

Zənglərin 200-ü paytaxt Tbilisinin payına düşüb. Güclü külək ölkədə 87 ağacın aşmasına, 62 binanın dam örtüyünün uçmasına, 32 avtomobilə ciddi ziyanın dəyməsinə və 4 reklam lövhəsinin dağılmasına səbəb olub. 

Təbiət hadisənin yaratdığı fəsadlar nəticəsində xəsarət alan olmayıb. Fəsadların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər vaxtında həyata keçirilir.

Gürcüstanda güclü küləyin sürətinin sabahdan etibarən zəifləyəcəyi proqnozlaşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR