Türkiyə parlamentinə sədrlik müvəqqəti MHP-yə keçdi

img

19-02-2019 [10:30]


Türkiyə parlamenti sədrinin səlahiyyətlərini müvəqqəti olaraq Milliyyətçi Hərəkat Partiyasından olan deputat Cəlal Adan icra edəcək.

"Report” xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin istefa vermiş sədri Binəli Yıldırım fevralın 19-da səlahiyyətlərini C.Adana təhvil verib. 

Bununla bağlı keçirilən tədbirdə B.Yıldırım deyib ki, məclisə yeni sədr seçiləndək C.Adan sədr səlahiyyətlərini yerinə yetirəcək. Fevralın 24-də isə Türkiyə Böyük Millət Məclisinə yeni sədr seçiləcək. 

Qeyd edək ki, C.Adan 1951-ci ildə Türkiyənin Ağrı əyalətində anadan olub.

Xatırladaq ki, fevralın 18-də İstanbul Böyük Bələdəyyəsi sədrliyinə namizəd olduğu üçün Binəli Yıldırım tutduğu vəzifədən istefa verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR