Dünya çempionundan azərbaycanlılarla çeçenlərin davasına reaksiya: "Biz buna icazə verməyəcəyik!"

img

16-02-2019 [21:42]


Moskvada "Neolit" restoranında bir qrup azərbaycanlılarla çeçenlər arasında yaranmış qarşıdurmaya kikboksinq üzrə Avropa və dünya çempionu Zabit Səmədov da reaksiya verib.

Mia.az bildirir ki, o, sosial şəbəkədəki hesabında belə yazıb: 

"Əziz dostlar, qardaşlar, qafqazlılar!

 Bizim əcdadlarımızın keçdiyi yol Qafqaz xalqları üçün cəsarətli nümunədir. Bizi tariximizə hörmət etməyə, şəfqət göstərməyə, din və qürurlu Qafqaz ərazisində yaşayan qardaşlara kömək etməyə öyrədiblər. 

Bu gün biz Azərbaycan və Çeçenistan Respublikasının xalqları arasında qarşılıqlı səmimi münasibətin, eləcə də qarşılıqlı təsirin və nəsildən-nəsilə bizim əcdadlarımızın münasibətlərinin davamının şahidiyik. 

Mən qürurla deyə bilərəm ki, çeçenlər bizim qardaşlarımızdir, hiss edirəm ki, sevimli Çeçenistan Respublikamda mənim xalqım haqqında səmimiyyətlə danışırlar. 

Mən əminəm ki, bizim xalqlarımız onların oyununa gəlməyəcək. Rusiya və qonşu dövlətlərin ərazilərində yaşayan qardaş xalqların arasında fitnə salmağa çalışırlar. Biz buna icazə verməyəcəyik!".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub