Elmar Məmmədyarov ABŞ Milli Təhlükəsizlik Şurasının baş direktoru ilə görüşdü – Qarabağ müzakirəsi

img

16-02-2019 [21:23]


Fevralın 16-sı Münhen Təhlükəsizlik Konfransı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Milli Təhlükəsizlik Şurasının baş direktoru Fiona Hill ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, tərəflər Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında ikitərəfli dialoq və əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparıb.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin hazırkı vəziyyəti barədə ABŞ rəsmisini məlumatlandırıb. Münaqişənin həllinin bölgədə dayanıqlı inkişaf və əminamanlığı təmin edəcəyi vurğulanıb.

Görüş zamanı tərəflər arasında, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi baş tutub.


Digər xəbərlər
SON XƏBƏRLƏR