warez script warez forum orkide shell indir mavi orkide sakarya escort PHP Scriptler Ataşehir Kuaförü Ataşehir kadın kuaförü apk indir hacklink satın al iptv server
Şriftin ölçüsü / 80 dəfə oxunub

Bəxtiyar Vahabzadəyə həsr olunmuş “Ustada sayğı gecəsi” keçiriləcək - Türkiyə səfirliyindən açıqlama

12 Fevral 2019 [20:48]

Bakı Yunus Əmrə İnstitutu, Azərbaycan Yazıçılar Birliyi və TİKA Bakı Koordinatorluğunun birgə təşkilatçılığı ilə fevralın 13-ü Xalq şairi Bəxtiyar Vahabzadənin vəfatının 10-cu ildönümü ilə bağlı "Ustada sayğı gecəsi” keçiriləcək.

Türkiyə səfirliyindən Mia.az-a verilən məlumata görə, panel saat 12:00-da Azərbaycan Yazıçılar Birliyinin "Natəvan” klubunda baş tutacaq. 

Paneli giriş sözü ilə AYB-nin sədri, Xalq yazıçısı Anar açaraq qonaqları salamlayacaq. Ardınca TİKA Bakı koordinatoru Teoman Tiryaki, Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdəmir açılış nitqi ilə çıxış edəcəklər.

Çıxışlardan sonra söz məruzəçilərə veriləcək.

Türkiyənin Atatürk Universitetinin professoru Sedat Adıgözəl "Bəxtiyar Vahabzadənin şeirində millət, vətən və dil”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Esmira Fuad "Bəxtiyar Vahabzadə yaradıcılığında türkçülük”, İzmir Katib Çələbi Universitetindən Selçuk Türkyılmaz "Millətə yol göstərən şair: Bəxtiyar Vahabzadə”, Azərbaycan Dövlət Pedaqoji Universitetin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Pərvin Nurəliyeva "Bəxtiyar Vahabzadə və Şəki” mövzularında məruzələr edəcəklər.

Çıxışlar və dəyərləndirmələrdən sonra iştirakçılara Təşəkkürnamələr təqdim olunacaq.

Həmin gün saat 19:00-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçiriləcək "Ustada sayğı gecəsi”Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığını özündə əks etdirən video çarxla başlayacaq.

AYB-nin sədri, Xalq yazıçısı Anar, Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdəmir və TİKA Bakı koordinatoru Teoman Tiryakinin çıxışlarından sonra şairin "Əlvida” şeiri öz səsindən təqdim olunacaq.

Azərbaycan Respublikasının xalq artisti Flora Kərimova və xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar Bəxtiyar Vahabzadənin şeirlərinə bəstələnən mahnıları ifa edəcəklər.

Türkiyəli qonaqların çıxışından sonra aktyor Şamil İbrahimov "Mən Türkəm” şeirini səsləndirəcək.
Xalq şairi Sabir Rüstəmxanlının Bəxtiyar Vahabzadə yaradıcılığı haqqındakı çıxışından sonra tamaşaçılar, "Özümüzü kəsən qılınc” səhnə əsərinə baxacaqlar.



SON XƏBƏRLƏR