AXCP-nin iki üzvü həbs edilib - Sumqayıtda

img

12-02-2019 [19:23]


Ötən gün Sumqayıt Apellyasiya Məhkəməsinin qarşısında saxlanılmış AXCP fəalları Mahir Rüstəmli və Hidayət Rəsulzadə inzibati qaydada 15 sutka həbs ediliblər.

Turan-ın məlumatına görə, onlar xırda xuliqanlıq törətməkdə təqsirli biliniblər.

Xatırladaq ki, fevralın 11-də beş nəfər AXCP fəalı digər AXCP üzvü, 30 sutka həbs olunmuş Zahir Məmmədliyə dəstək olmaq üçün gəldikləri Sumqayıt Apellyasiya Məhkəməsinin qarşısında saxlanılmışdılar.

Saxlanılan şəxslərdən üçü sonradan buraxılmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR