Şriftin ölçüsü / 135 dəfə oxunub

Filippinin adı dəyişir - Rəhbərlik ölkəyə yeni ad tapıb

12 Fevral 2019 [18:25]
Filippin rəhbərliyi ölkənin adının dəyişdirilməsi təklifi ilə çıxış edib. 

AZƏRTAC Filippinin "Manila Bulletin” saytına istinadla xəbər verir ki, bu təşəbbüsü ölkə Prezidenti Rodriqo Duterte irəli sürüb.

Dövlət başçısı ölkənin adının dəyişdirilərək "Maharlika” adlanması tərəfdarıdır: "Filippinin indiki adı İspaniyanın müstəmləkəsi olduğu dövrdə ispan kralı II Filippin adı ilə bağlıdır".

 Prezidentin mətbuat katibi Salvador Panelo jurnalistlərə müsahibəsində bildirib ki, ölkə Konstitusiyasına görə, dövlət başçısının təklifi Konqresin müzakirəsinə çıxarılacaq və qanunverici orqanın təsdiqindən sonra ümumxalq referendumu keçiriləcək. O əlavə edib ki, yeni "Maharlika” adı ölkənin Malay mənşəyi ilə əlaqədardır.


SON XƏBƏRLƏR