12-02-2019 [16:11]
Bakı Ali Neft Məktəbi və "Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Qəhrəmanlar unudulmur" adlı tədbir keçirilib.
BANM-ın Konqres zalında keçirilən tədbirdə millət vəkilləri, müxtəlif dövlət qurumlarının rəhbər nümayəndələri, şəhid ailələri, Ali Məktəbin rəhbərliyi, professor-müəllim heyəti, tələbələri və media nümayəndələri iştirak ediblər. Konqres zalının foyesində həmçinin 2016-cı il aprel şəhidlərinin şəkillərindən ibarət sərginin nümayişi olub.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra doğma vətənin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə qonaqları salamlayaraq çıxış edən BANM-ın rektoru Elmar Qasımov bildirib ki, vətən uğrunda canlarından keçən şəhid oğullarımızın əziz xatirəsini yad etmək hər bir Azərbaycan vətəndaşının borcudur. Rektor qeyd edib ki, 2016-ci il aprel döyüşləri sübüt etdi ki Azərbaycan ordusunun gücü və vətənpərvərlik ruhu çox yüksəkdir: "Biz doğma vətən torpaqlarını düşmən tapdaqlarından azad etmək üçün vuruşan və canından keçən milli qəhrəmanlarımızı gənclər arasında hər zaman təbliğ etməliyik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə verdiyi dəstək və diqqətdən ibrət alaraq bizim hər birimiz onların yanında olmalıyıq”.
"Zəfər Şəhid Ailələrininə Dəstək” İctimai Birliyinin sədri Sevinc Əlizadə çıxış edərək qeyd edib ki, onun başçılıq etdiyi bu birlik bütün şəhid ailələrinin təşkilatıdır. O öz çıxışında zalda əyləşən bütün gəncləri şəhid ailələrinə mənəvi dəstək olmağa, onların yanında olmağa səsləyib, müasir gənclərə milli, vətənpərvər ruhda böyümələrini tövsiyə edib.
Tədbirdə həmçinin Azərbaycan Respublikası Milli Məclisinin millət vəkilləri Qənirə Paşayeva və Vahid Əhmədov çıxış edib, şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların əziz xatirələrini ehtiramla yad ediblər.
Aprel qazisi, polkovnik-leytenant Elşən Qarayev tədbir iştirakçıları qarşısında aprel döyüşlərində baş verən həyəcanlı anlardan, şəhid olmuş vətən oğullarının şücaətindən bəhs edib.
Şəhid ailələrinin timsalında çıxış edən Aprel şəhidi Əbdülməcid Axundovun anası Ceyran Axundova isə onlara göstərilən bütün dəstək və qayğı üçün dövlətimizə, həmçinin bu tədbirin təşkilatçılığında əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib, gəncləri vətən uğrunda daim birləşməyə hazır olmağa çağırıb.
Tədbir boyu BANM-ın tələbələri vətənpərvərlik ruhunda şerlər və musiqilər ifa edib. Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı isə milli qəhrəmanlar, vətən, əsgər mövzularına həsr olunmuş mahnıları səsləndirib.
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb