Milli Məclisin vitse-spikeri: "Onların məqsədi başqadır, gündəmi dəyişməkdir"

img

12-02-2019 [13:21]


"Ötən ilin sonundan - bu ilin əvvəlindən Dağlıq Qarabağ məsələsi ilə bağlı danışıqlar prosesində müəyyən hərəkətlənmə müşahidə olunmaqdadır. Həm beynəlxalq təşkilatların vasitəçilərinin, həm ayrı-ayrı ölkələrin, həm də Ermənistan və Azərbaycan prezidentlərinin bəyanatlarında əksini tapan məqamlar müəyyən qədər ümidlənməyə imkan verir. Ortaya çıxan bu meyillər bir daha düşünməyə vadar edir. Biz həll etmək iqtidarımızı və qüdrətimizi nə qədər artırırıqsa, bunun qarşısını almaq istəyən dairələr o qədər səylərini və cəhdlərini artırırlar”.

"Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlament sədrinin müavini Bahar Muradova deyib.

B.Muradova bildirib ki, Azərbaycan dövlətinin öz vətəndaşının yanında olması heç vaxt şübhə doğurmayıb: "Bu, ardıcıl və məqsədyönlü bir siyasətdir. Biz bunun içərisindəyik, əksini söyləyənlər də bunu görürlər. Amma təbii ki, məqsəd başqadır, gündəmi dəyişməkdir. Əsas məqsəd qarşımızda dayanan vacib niyyətdən və məqsəddən yayındırmaqdır. Biz bunları nəzərə alaraq diqqətimizi əsas məqsədimizə yönəltməliyik”.

Digər xəbərlər
SON XƏBƏRLƏR