Bakıda 5 dəfə məhkum olunmuş silahlı şəxs saxlanlıdı – Polis əməliyyatı

img

12-02-2019 [12:36]


Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə əməliyyat həyata keçirilib.

DİN-nin Məıtbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində əvvəllər Cinayət Məcəlləsinin 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma), 177-ci (Oğurluq), 186-cı (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 221-ci (Xuliqanlıq) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə məhkum olunmuş Xocahəsən qəsəbə sakini Vüqar Mürsəlov polislər tərəfindən saxlanılıb: "Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd atəşə yararlı "Makarov” markalı tapança, 1 ədəd patron darağı və 6 ədəd patron aşkar olunaraq maddi sübut kimi götürülüb".

​Faktla bağlı 40-cı Polis Bölməsində V.Mürsəlov barəsində toplanan materiallar araşdırılması üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR