"Bayramları bəhanə gətirərək, qiymətləri qaldırırlar" - Deputatdan etiraz

img

12-02-2019 [12:20]


"Prezident seçkilərindən sonra Azərbaycanda struktur islahatlarının yeni mərhələsi başlayıb”.

Bunu Milli Məclisin iclasında deputat Əli Məsimli bildirib.

O qeyd edib ki, islahatlar xalq tərəfindən dəstəklənir. Deputat Prezidentin minimum əmək haqqının 130 manatdan 180 manata qaldırılması ilə bağlı sərəncamını da dəstəkləyib.

Ə.Məsimli ölkədəki qiymət artımından da danışıb.

"Cənab Prezidentin sərəncamı təqdirəlayiqdir. Amma çox təəssüflər olsun ki, biz süni qiymət artımına rast gəlirik. Cənab Prezident özü isə süni qiymət artımına qarşı mübarizə aparmaq üçün tapşırıqlar verib. Bəzi sahibkarlar bayramları, Novruz bayramını bəhanə gətirərək, qiymətləri qaldırırlar”.

Prezident İlham Əliyevin 8 fevral 2019-cu il tarixli sərəncamı ilə cari il martın 1-dən minimum əmək haqqının 38,5 faiz (50 manat) artırılaraq 180 manata çatdırılması dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və özəl sektorda çalışan azı 600 min işçinin əmək haqqının artmasına imkan verəcək.

modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR