Şriftin ölçüsü / 160 dəfə oxunub

Kamal Abdulla dekanı işdən azad edib - ADU-dan açıqlama

12 Fevral 2019 [11:03]
"Azərbaycan Dillər Universitetinin Filologiya və Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli çox ciddi nöqsanlarına görə vəzifəsindən azad olunub”.

Bunu "Report”a açıqlamasında universitetin mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli deyib.

O, V.Ağabəylinin müəllim kimi Dillər Universitetində çalışdığını əlavə edib.

"Yəni, o, işdən çıxmayıb. Onun işdən çıxması ilə bağlı yayılan məlumatlar əsassızdır. Sadəcə olaraq, dekan vəzifəsindən çıxarılıb. Yarımştat müəllim kimi fəaliyyətini davam etdirir”, - A.Cəfərli bildirib.




SON XƏBƏRLƏR