“Rəsul Rzanın təhqiqatını görün kim öz adına çıxmaq istəyir” - Əməkdar jurnalistdən sərt reaksiya

img

12-02-2019 [10:47]


Əməkdar jurnalist Rəhman Orxan müğənni Afət Fərmanqızının dahi şair Nəsiminin sözlərinə oxuduğu "Pəncu şeş” adlı mahnısına sərt reaksiya verib.

R.Orxan sosial şəbəkədə qəzəbini belə ifadə edib:" Rəsul Rzanın təhqiqatını görün kim öz adına çıxmaq istəyir -Afət Fərmanqızı adında yeni peyda olmuş bir müğənni (25 il əvvəl də özünü Nazpəriyə oxşadaraq, şəklini şokolad "korobka"larına yapışdırtdıran qız).

Gör nə günə qalmışıq ki, Afət adlı bu müğənni sinəsini qabağa verərək iddia edir ki, dahi İmaddədin Nəsiminin məşhur qəzəlindəki "Məndə sığar iki cahan” misrasında "iki”nin "ikən” olduğunu guya, o aşkar edib.Buna heç kəsin şübhəsi yoxdur ki, "…sığar İKƏN” Afətin düşüncəsinin "məhsulu” deyil və ola da bilməz. Bunu hələ 40 il əvvəl (onda o qız yəqin ki dünyaya təzəcə gəlmişdi) İraqda olarkən görkəmli şairimiz Rəsul Rza araşdırıb və ilk dəfə məhz o bildirib ki, Nəsimi dövrünün xəttatlarından birinin ərəb əlifbası ilə köçürdüyü həmin qəzəldə yol verilmiş "kiçik” bir səhvin – bir nöqtənin əskik düşməsi ilə "ikən” sözü "iki”yə çevrilib və uzun müddət məhz o cür oxunub. Və ilk dəfə olaraq məhz Rəsul Rza İraq səfəri zamanı aşkara çıxarıb və sübut edib ki, Nəsimi "Məndə sığar ikən cahan” deyib, "…iki cahan” yox.

Yəni ki, Afət, bu, sənin yox, Rəsul Rzanın 40 il əvvəlki araşdırmasının nəticəsidir. "…İkən”in müəllifliyini öz üzərinə götürməyə sənin haqqın, hüququn yoxdur. "Kəndini” "çoxbilmiş”, birinci hesab edib, özünü nahaqdan reklam etmə!”.

Qeyd edək ki, müğənni Afət Fərmanqızının dahi Nəsiminin sözlərinə oxuduğu "Pəncu şeş” adlı həmin mahnı ictimaiyyətin qəzəbinə səbəb olub.

Nəsiminin qəzəlini hind musiqisi ilə sintez edərək, mahnıya xanım müğənni sosial şəbəkə istifadəçilərinin tənqidlərinə tuş gəlib.

A.Fərmanqızı isə haqqında söylənilən tənqidlərə belə cavab verib:

"Nəsimi özü yuxuma girdi və qəzəli mahnıya çevirməyi təklif etdi. İdeyanı rəhmətlik özü verdi. Nəsimi özü mənə icazə verdikdən sonra siz kimsiz?”.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR