Şriftin ölçüsü / 95 dəfə oxunub

Venesuelada Quaidonun mülkiyyətində yoxlama aparılır

11 Fevral 2019 [23:01]
Venesuelanın Baş Nəzarət İdarəsi Milli Assambleya sədri və müxalifət lideri Xuan Quaido mülkiyyətini yoxlamağa başlayıb.

"Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu bazar ertəsi respublikanın Baş Nəzarət İdarəsi Elvis Amoroso deyib.

"Venesuela Bolivar Respublikası Baş Nəzarət İdarəsi Xuan Quaidonun əmlakının yoxlanılması proseduruna başlanılması barədə göstəriş verib", - deyə Amoroso bildirib.

Onun sözlərinə görə, bu barədə qərarın verilməsinə Quaidonun öz real aktivləri barədə məlumatı gizlətməsi və ya saxtalaşdırması, həmçinin qanuni əsaslar olmadan xarici strukturlardan pul alması ehtimalı olub.

Quaidonun özü baş verənləri hələ ki, şərh etməyib.


SON XƏBƏRLƏR