warez script warez forum orkide shell indir mavi orkide sakarya escort PHP Scriptler Ataşehir Kuaförü Ataşehir kadın kuaförü apk indir hacklink satın al iptv server
Şriftin ölçüsü / 84 dəfə oxunub

Gürcüstanda qrip virusunun yenidən yayılma təhlükəsi var - Xəbərdarlıq

11 Fevral 2019 [21:50]
Gürcüstanın müvafiq qurumları qrip virusu ilə bağlı əhaliyə yenidən xəbərdarlıq edir.

AZƏRTAC xəbər verir ki, müvafiq strukturlar fevralın 2-ci yarısı və mart ayında ölkə ərazisində qrip virusunun yenidən baş qaldıracağını bildirirlər.

Gürcüstanın İctimai Səhiyyə və Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze deyib ki, ölkə ərazisində yanvar ayında tüğyan edən qrip virusu artıq zəifləyib. Lakin Avropada bu virus yenidən canlanıb və bəzi ölkələrdə təhlükəli həddə çatıb: "Qrip virusunun yenidən Gürcüstana keçəcəyi istisna edilmir. Odur ki, əhali son dərəcə ehtiyatlı olmalıdır”.

 Mərkəz rəhbərinin sözlərinə görə, hazırda ölkədə əhalinin hər 100 min nəfərindən 186-sı qrip xəstəsidir. Yanvar ayında isə bu rəqəm 277 idi.

Bu günədək Gürcüstanda 22 nəfərin donuz qripindən öldüyü laboratoriyada təsdiq olunub.

Əhalinin xəstəxanalara yerləşdirilməsində də azalma müşahidə olunur.


SON XƏBƏRLƏR