Şriftin ölçüsü / 56 dəfə oxunub

Gürcüstanda “donuz qripi”... - 22 nəfərin bu virusdan ölməsi təsdiqlənib

11 Fevral 2019 [19:43]
 Gürcüstanda builki qrip mövsümündə "donuz qripi” adlandırılan A (H1N1) virusundan 22 nəfər ölüb.

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze jurnalistlərə bildirib.

O deyib ki, ölkədə qripə yoluxma halları azalır: "Son məlumatlara əsasən, 100 min sakinə 186 yoluxma halı düşür. Yoluxmanın pik həddində bu göstərici 277 nəfər təşkil edib”.

A.Qamkrelidze qeyd edib ki, kəskin respirator xəstəliklərlə bağlı xəstəxanalara yerləşdirilmə hallarında da azalma qeydə alınıb: "Ötən həftə bu göstərici 21 faiz idisə, bu həftə artıq 18,2 faiz təşkil edir. Bu, onu göstərir ki, vəziyyət yaxşılığa doğru gedir”.

Report


SON XƏBƏRLƏR