Eynulla Fətullayev Sahil Babayevin "sovqatı"ndan yazdı, rüsvay elədi: "Buna ən azı 100 min üyüdüblər" + FOTO

img

11-02-2019 [18:45]


"Ofisdəyəyəm. Qapı döyüldü: "Eynulla müəllim, sizə Əmək və Əhalinin Sosial müdafiəsi Nazrliyindən sovqat gəlib!”.

Mia.az xəbər verir ki, bu sözləri Haqqın.az və Virtualaz.otrg saytlarının rəhbəri Eynulla Fətullayev sosial şəbəkədəki səhifəsində yazıb.

Baş redaktor daha sonra belə davam edib: "Yerimdən dik atılıb, ağır boxçanı açıb, içində böyük kitab tapıram: "Əlillik qüsur deyil”. Kalkulyatoru götürüb, hesaba vururam. Məncə, bu kitaba azı 100 min manat pul üyüdüblər. Cənablar, olmazdımı bu pula bir-iki əlil arabası alıb, xoş iş görmək? Bizi də çağırardız çəkirdik də...".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR