Şriftin ölçüsü / 137 dəfə oxunub

Nurəddin Xocanın məhkəməsi başlayıb - Hakim vəsatəti təmin etmədi

11 Fevral 2019 [17:22]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qarabağ müharibəsi veteranı, "Bozqurd” batalyonunun keçmiş komandiri və Teref.info saytının baş redaktoru Nurəddin İsmayılovun (Nurəddin Xoca) cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report”un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra N.Xocanın vəkili Elçin Sadıqov vəsatət qaldırıb. O, cinayət işinə xitam verilməsini istəyib.

Vəsatət təmin edilməyib.

Məhkəmənin baxış iclası fevralın 14-nə təyin edilib.

İttiham aktına əsasən, N.Xoca vəzifə səlahiyyətlərini aşıb, vəzifə saxtakarlığı edib, saytında dövlət əleyhinə açıq çağırışlar edib.

Ona qarşı Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməyib.



SON XƏBƏRLƏR