İmişlidə dahi şairin adını daşıyan park baxımsız vəziyyətə düşüb - FOTO

11-02-2019 [16:25]
İmişli rayonunda dahi Azərbaycan şairi Mirzə Ələkbər Sabirin adı verilən parkda xoşagəlməz mənzərə yaranıb.

Kult.az xəbər verir ki, bu barədə sosial şəbəkədə foto paylaşılıb.

Məlumata görə, M.Ə.Sabirin parkda yerləşən heykəlinin yanında tullantılardan ibarət zibilxana yaradılıb. Rayon sakinləri zibillərin parkda fəaliyyət göstərən çayxananın işçiləri tərəfindən atıldığını və bununla bağlı müvafiq qurumlara şikayət etsələr də, heç bir tədbir görülmədiyini vurğulayıblar.

Üstəlik, fotodan görünür ki, abidənin önü də abad deyil. Belə ki, heykəlin düz önündən "parkinq” kimi istifadə edilir.

İmişli Rayon İcra Hakimiyyəti məsələ ilə bağlı yaxın saatlarda saytımıza açıqlama veriləcəyini bildirib.


SON XƏBƏRLƏR