Rusiya MDB XİN rəhbərlərini ABŞ-a görə toplayır

img

11-02-2019 [16:01]


ABŞ-ın Yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasından çıxması məsələsi MDB Xarici İşlər Nazirləri Şurasında müzakirə ediləcək.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın MDB-dəki nümayəndəliyinin rəhbəri Andrey Qrozov deyib. O, müzakirənin Moskvada aprelin 5-də olacağını deyib.

Qrozov bu məsələnin Atlantikadan Urala qədər olan ərazidə strateji stabilliyin təmin edilməsi məsələsində aktual olduğunu bildirib.

O, görüşdə MDB üzvlərinə Rusiyanın mövqeyinin çatdırılacağını vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR