AzTV-nin sədr əvəzi tanınmış diktorla yeni müqavilə imzalayıb - Açıqlama

11-02-2019 [15:41]
AzTV-nin yeni sədri Rövşən Məmmədov tanınmış diktor Eldost Bayramlının işinə  davam etməsi üçün yeni müqavilə imzalayıb. 

Bu haqda Moderator.az-a açıqlamasında E.Bayramlının özü məlumat verib. Onun sözlərinə görə, 2009-cu ildən təqaüddə olmasına baxmayaraq o, bu günə kimi televiziyadakı fəaliyyətinə davam edir: 

"2009-cu ildən təqaüddəyəm, amma buna baxmayaraq, A.Alışanov məni televizayada saxlamışdı. Bu gün yeni sədr Rövşən Məmmədov da müqavilə imzaladı. Öz peşəmi davam etdirirəm. Fərq ondandır ki, birbaşa efirə çıxmıram. Xalq yaradıcılığı redaksiyasının verilişlərini oxuyuram. Rəhmətlik Zakir Sadatlı sağ olanda pulsuz olaraq 16 veriliş oxuyurdum, amma sonra gördüm ki, əziyyət olur, yaşım da keçib. İndi radioda iki verilişim var "Hərb tarixi” və bir də "Azərbaycan əsgəri” verilişlərini oxuyuram. Bu verilişləri televizyada da oxuyurdum. Hələ ki, bunları saxlayıblar, təzə sədr necə edəcək onu bilmirəm. Televiziyada oxuduqlarımdan respublikamızın ziyalılarından bəhs edən "Ziyalı” verilişi qalıb. Dilarə xanım mətnini hazırlayır və mən onun kadr arxası oxuyuram”. 



SON XƏBƏRLƏR