Habil Məmmədov yenidən müşavir oldu - Təyinat

img

11-02-2019 [15:10]


Vergilər Nazirinin sabiq müşaviri, vergi generalı Habil Məmmədov yeni vəzifəyə təyinat alıb.

Mia.az-ın unikal.org-a istinadən verdiyi məlumata görə, H.Məmmədov Himayəçilik Şurasının qərarı ilə Əmanətlərin Sığortalanması Fondununicraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib.

Xəbəri Əmanətlərin Sığortalanması Fondundan təsdiqləyiblər.

Qeyd edək ki, hazırda Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoruvəzifəsini müvəqqəti Vüqar Rafik oğlu Abdullayev icra edir.

Xatırladaq ki, Məmmədov Habil Amil oğlu bundan əvvəl sabiq vergilər naziri Fazil Məmmədovun büdcə proqnozlarının icrası üzrə müşaviri vəzifəsində çalışıb. Daha sonra vergilər naziri Mikayıl Cabbarovun əmri ilə vəzifəsindən kənarlaşdırılmışdı.



Digər xəbərlər
SON XƏBƏRLƏR